DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazanıb

DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazanıb C qrupunda ikinci turun oyunlarına yekun vurulub
Futbol
21 İyun , 2018 20:53
DÇ-2018: Fransa millisi 1/8 finala vəsiqə qazanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, Fransa millisi Peru ilə üz-üzə gəlib. 

"Yekaterinburq Arena"da keçirilən qarşılaşma fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 34-cü dəqiqədə Kilian Mbappe vurub. 

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda 1/8 final mərhələsinə vəsiqəni təmin edib. 2 oyuna xal toplaya bilməyən Peru yığması isə qrupda qalıb.

DÇ-2018

21 iyun

II tur

C qrupu

19:00. Fransa - Peru 1:0 

Qol: Kilian Mbappe, 34

Hakimlər: Məhəmməd Abdulla Məhəmməd, Məhəmməd əl-Həmmədi, Həsən əl-Məhri (BƏƏ), Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola)

Yekaterinburq, "Yekaterinburq Arena"

Qeyd edək ki, daha əvvəl Rusiya və Uruqvay komandaları da növbəti mərhələyə vəsiqə qazanıblar. 

Son xəbərlər

Orphus sistemi