DÇ-2018: Braziliya millisi ilk qələbəsini qazanıb

DÇ-2018: Braziliya millisi ilk qələbəsini qazanıb Kosta-Rika isə qrupda qalıb
Futbol
22 İyun , 2018 17:55
DÇ-2018: Braziliya millisi ilk qələbəsini qazanıb
0 : 00
0 : 00

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatının E qrupunda ikinci turun oyunlarına start verilib.

"Report"un məlumatına görə, Braziliya Kosta-Rika ilə üz-üzə gəlib.

"Sankt-Peterburq" stadionunda baş tutan qarşılaşma Braziliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol uzatma dəqiqələrində vurulub. Əvvəlcə Filippe Koutinyo fərqlənib. Bu, Koutinyonun mundialda ikinci qolu olub. 26 yaşlı yarımmüdafiəçi ötən tur İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada da fərqlənmişdi. Oyunda son nöqtəni isə Neymar qoyub.  

Bu nəticədən sonra Braziliya xallarının sayını 4-ə çatdırıb. Xalı olmayan Kosta-Rika isə qrupda qalıb. 

DÇ-2018

22 iyun

II tur

E qrupu

16:00. Braziliya - Kosta-Rika - 2:0 

Qollar: Filippe Koutinyo, 90+1. Neymar, 90+7

Hakimlər: Byorn Kuypers, Sander van Rukel, Ervin Zeinstra (hamısı Hollandiya), Damir Skomina, Yure Praprotnik (Sloveniya)

Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

Qeyd edək ki, E qrupunun digər oyununda Serbiya və İsveçrə yığmaları üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi