Yuxarı
    Bağlamaq

    ​Bu gün Avropa çempionatında 1/8 final mərhələsinə start veriləcək

    Günün mərkəzi qarşılaşması Xorvatiya və Portuqaliya arasında baş tutacaq

    Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə start veriləcək.

    "Report"un məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

    5 xalla "A" qrupunda ikinci olmuş İsveçrə 7 xalla "C" qrupunda eyni pilləni tutan Polşa ilə üz-üzə gələcək. 6 xalla "B" qrupunun lideri olmuş Uels Avropanın ən güclü 8 komandası sırasına daxil olmaq üçün 3 xalla "C" qrupunda üçüncü olmuş Şimali İrlandiya səddini keçməlidir. Günün son oyununda isə Xorvatiya və Portuqaliya yığmaları üz-üzə gələcək. Xorvatiya "D" qrupunu 7 xalla birinci, Portuqaliya isə "F" qrupunu 3 xalla 3-cü pillədə başa vurub.

    İsveçrə - Polşa cütünün qalibi 1/4 finalda Xorvatiya və Portuqaliya komandalarının güclüsü ilə qarşılaşacaq. Uels - Şimali İrlandiya oyununu qələbə ilə başa vuran yığmanın rəqibi isə iyunun 26-da keçiriləcək Macarıstan - Belçika cütünün qalibi olacaq.

    25 iyun, 1/8 final

    17:00. İsveçrə - Polşa

    Baş hakim: Mark Klattenburq

    Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

    Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

    Dürdüncü hakim: Tasos Sidiropulos

    Ehtiyat köməkçi-hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

    Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)

    UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

    Sent-Etyen. "Joffrua Gişar" stadionu

    20:00. Uels - Şimali İrlandiya

    Baş hakim: Martin Atkinson

    Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld

    Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)

    Dördüncü hakim: Feliks Brıx

    Ehtiyat köməkçi-hakim: Mark Borş (hər ikisi Almaniya)

    Hakim-inspektor: Mark Batta (Fransa)

    UEFA nümayəndəsi: Stin Dahrup (Danimarka)

    Paris. "Park de France"

    23:00. Xorvatiya - Portuqaliya

    Baş hakim: Karlos Velasko Karbalyo

    Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,

    Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)

    Dördüncü hakim: Viktor Kassai

    Ehtiyat köməkçi-hakim: Györgi Rinq (hər ikisi Macarıstan)

    Hakim-inspektor: Devid Elleray (İngiltərə)

    UEFA nümayəndəsi: Alan Mkray (Şotlandiya)

    Lans. "Boller Delelis" stadionu

    1/8 finalın digər görüşləri 26-27 iyun tarixlərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi