"Bizdən bir addım qabaq idilər" - Cavid Hüseynov

"Bizdən bir addım qabaq idilər" - Cavid Hüseynov "Səviyyə özünü göstərir, açıq danışmaq lazımdır"
Futbol
4 Avqust , 2017 00:15
Bizdən bir addım qabaq idilər - Cavid Hüseynov

Bakı. 4 avqust. REPORT.AZ/ "Qəbələ" komandasının kapitanı Cavid Hüseynov Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçında Yunanıstan təmsilçisi "Panatinaikos"a 1:2 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Matçla bağlı nə deyə bilərsiniz?

- Rəqibimiz gücülü idi. Adamın üstündə Allah var, bizdən bir addım qabaq idilər. İlk qolu vurduq. Düşünürdük ki, heç olmasa əla vaxta aparacağıq. Lakin ani diqqətsizlikdən qol buraxdıq. Ondan sonra da özümüzə gələ bilmədik.

- İkinci qolu vurmağa tələsməyiniz komandanı "yandırdı"?

- Xeyr, elə deməzdim. Tapşırıq olmuşdu ki, ilk qolu vurub, səbrlə oynayaq. Amma oyun fərqli alındı.

- Hücum qurmaqda çətinlik çəkməyiniz nə ilə bağlı idi?

- Səviyyə özünü göstərir, açıq danışmaq lazımdır.

- Bəlkə çox sayda oyunçunun getməsi və yenilərinin gəlməsi mənfi təsir göstərdi?

- O da ola bilər. Lakin yenə deyirəm, rəqib qələbəyə layiq idi.

- Fiziki cəhətdən çatdırmırdınız...

- Onların sürətli futbolçuları var. Rahat görünürdü hər şey.

- Gedənlərdən kimlərin yeri görünürdü?

- Bu dəqiqə düşünmək qabiliyyətində deyiləm. Ona görə nəsə deyə bilməyəcəyəm.

- Avropa Liqası ilə vidalaşmağınız çempionatda daha yaxşı köklənməyinizə imkan yaradacaqmı?

- Çempionat haqqında ümumiyyətlə düşünmək istəmirdik..

Son xəbərlər

Orphus sistemi