BANM-də 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

BANM-də 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunan qısa sənədli film nümayiş etdirilib
Elm və təhsil
19 Yanvar , 2017 11:51
BANM-də 20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, tədbiri acan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

R.Hümbətov 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin gorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib. Prorektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının mühüm olduğunu deyib, tələbə gənclərə təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.

BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdər Şahverdiyev 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. Ə.Şahverdiyev 27 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən günahsız insanların gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıb. O, gəncləri əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmağa,bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyib. 

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunan qısa sənədli film nümayiş etdirilib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq əmri ilə BANM-də 20 Yanvar faciəsinin 27-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, BANM-də 20 Yanvar faciəsinə həsr olunan "dəyirmi masa" keçirilib. Bu günlər ərzində tələbələrə dərslər zamanı 20 yanvar faciəsi haqqında məlumatlar verilib, onlar Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar yanvarın 17-dən 19-dək Milli Qəhrəmanlara həsr olunan sənədli filmlərin silsilə nümayişində iştirak ediblər. Tələbələr və əməkdaşlar 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar müqəddəs Şəhidlər xiyabanını ziyarət ediblər. Vətən, müstəqillik uğrunda canından keçən şəhidlərimizin xatırəsi böyük ehtiramla anılıb.

Son xəbərlər

Orphus sistemi