Bakı. 21 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hadisə nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. Qonşu evlər yanğından mühafizə olunub.