Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Tərcümə Mərkəzində olub

Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Tərcümə Mərkəzində olub Görüşdə Türkiyə-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq növbəti layihələr müzakirə edilib
Futbol
8 Fevral , 2017 20:28
Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Tərcümə Mərkəzində olub

Bakı 8 fevral. REPORT.AZ/ Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru İbrahim Yıldırım Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı Mərkəzin Türkiyə ədəbiyyatı üzrə gördüyü işlərdən – əsərləri zaman-zaman Azərbaycan dilinə çevrilən və qurumun “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilmiş Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Səid Faiq Abasıyanıq, Xalidə Ədib Adıvar, Haldun Tanər, Orhan Pamuk, Osman Çeviksoy, Səbahəddin Əli, Bəkir Yıldız, Camal Şakar kimi türk ədiblərinin Azərbaycanda tanıdılması və sevilməsi, həmçinin ötən il təqdimatı Ankarada baş tutan ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan söz açılıb.

Mərkəzin direktoru A.Məsud qonağa, hazırda tərcüməsi artıq başa çatdırılmış və bu ilin aprel ayında işıq üzü görməsi nəzərdə tutulmuş “Türk ədəbiyyatı antologiyası” kitabı haqqında da məlumat verib, bu istiqamətdə işlərin genişləndiriləcəyini qeyd edib.

Rəhbərlik etdiyi qurumun başlıca qayəsinin türk ədəbiyyatının dünyada tanıdılması olduğunu bildirən cənab İbrahim Yıldırım Azərbaycanda ilk dəfə işıq üzü görəcək “Türk ədəbiyyatı antologiyası” kitabının Mərkəz tərəfindən ərsəyə gətirilməsini yüksək dəyərləndirib.

Görüşdə, həmçinin, Türkiyə-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq növbəti layihələr müzakirə edilib.

Görüşün sonunda Yunus Əmrə Türk Mədəniyyəti Mərkəzinin qədim türk tarixi motivlərini özündə əks etdirən hədiyyəsi A.Məsuda təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi