Azərbaycan yığmasının rəqibi yeni baş məşqçi ilə müqavilə bağlayıb

Azərbaycan yığmasının rəqibi yeni baş məşqçi ilə müqavilə bağlayıb Norveç milli komandasına yeni baş məşqçi təyin olunub
Futbol
1 Fevral , 2017 16:01
Azərbaycan yığmasının rəqibi yeni baş məşqçi ilə müqavilə bağlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan futbol üzrə Norveç milli komandasına yeni baş məşqçi təyin olunub. 

"Report"un Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Lars Lagerbekdir. 

Per Matias Höqmonu əvəzləmiş 68 yaşlı mütəxəssislə 2019-cu ilin ilk matçınadək müqavilə bağlanılıb. Onun ilk sınağı isə martın 26-da dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiyaya qarşı olacaq.  Daha sonra skandinaviyalıları iyunun 10-da Çexiyaya qarşı səfər oyunu gözləyir. 

Lagerbek baş məşqçi təyinatını belə şərh edib: "Bu çağırış mənə, sözün əsl mənasında mənə təkan verdi. Norveç yığmasının cari seçmə mərhələdəki nəticələri yaxşı deyil. Amma mən bu komandada potensial görür və nəyə qadir olduğunu bilirəm. Qarşıda iki çox vacib və həlledici oyunlarımız var. Bunlar çətin, məsuliyyətli və gərgin qarşılaşmalardır. Mən qarşıma qoyulan tapşırığın yerinə yetirilməsi üçün motivasiya olunmuşam". 

 Qeyd edək ki, Lars Lagerbek İsveç yığmasını 5, Nigeriyanı isə 1 dəfə seçmə mərhələlərdən "pley-off"a daşıyıb. Onun son iş yeri isə İslandiya millisi olub. Lagerbek bu komanda ilə Fransada keçirilmiş 2016-cı il Avropa çempionatında 1/8 final həyəcanı yaşayıb. Azərbaycan və Norveç yığmaları arasında Bakıda keçirilmiş ilk görüşdə meydan sahibləri qalib gəlib - 1:0. Oslodakı qarşılaşma sentyabrın 1-də olacaq. 

Son xəbərlər

Orphus sistemi