Yuxarı
    Bağlamaq

    Azərbaycan yığması Norveçlə oyunöncəsi son məşqinə çıxıb

    Oslonun Ullevaal stadionundakı məşqin ilk 15 dəqiqəsi açıq olub© Foto: Report.az

    Oslo. 31 avqust. REPORT.AZ/ Azərbaycan milli komandası Norveç yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə son məşqinə çıxıb.

    "Report"un Osloya ezam olunmuş müxbirinin məlumatına görə, Oslodakı "Ullevaal" stadionunda baş tutmuş məşqin ilk 15 dəqiqəsi açıq olub.

    Məşqi AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov da izləyib.

    Sentyabrın 1-də keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi