Azərbaycan yığması ilə oyunu Almaniyanın 10 faizi izləyib

Azərbaycan yığması ilə oyunu Almaniyanın 10 faizi izləyib Bu, ümumi tamaşaçı kütləsinin 31,5 faizi deməkdir
Futbol
27 Mart , 2017 16:16
Azərbaycan yığması ilə oyunu Almaniyanın 10 faizi izləyib

Bakı. 27 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçını orta hesabla 8,23 milyon tamaşaçı izləyib.

"Report"un məlumatına görə, belə göstəricini mərkəzi ofisi Almaniyanın Köln şəhərində yerləşən və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu canlı yayımlayan RTL telekanalı qeydə alıb.

Bildirilir ki, bu, telekanalın ümumi tamaşaçı kütləsinin 31,5 faizi deməkdir. Hərçənd, pik vaxtlarda Almaniyada Bundestimin Azərbaycan yığmasını 4:1 hesabı ilə məğlub etdiyi görüşü izləyənlərin sayı 10,05 milyona qədər yüksəlib. Başqa sözlə, Almaniyada oyunu izləyənlərin sayı təqribən Azərbaycan əhalisi qədər olub. 

Qeyd edək ki, 2016-cı il siyahıya almasına əsasən, Almaniya əhalisi 82 milyon 175 min 684 nəfərdir. 

Son xəbərlər

Orphus sistemi