Bakı. 9 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Şimali İrlandiya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.
"Report"un məlumatına görə, “11-liy”i milli komandanın baş məşqçisi Robert Prosineçki bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
O, ilk dəqiqələrdən Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ramil Şeydayevin meydana çıxacağını bildirib.
Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 20:00-da başlayacaq.