Azərbaycan millisinin Avstriyada yoldaşlıq görüşü keçirə bilməməsinin səbəbi açıqlanıb

Azərbaycan millisinin Avstriyada yoldaşlıq görüşü keçirə bilməməsinin səbəbi açıqlanıb AFFA rəsmisi: "Zəif rəqiblərlə oynamaq istəmədik"
Futbol
1 İyun , 2017 11:00
Azərbaycan millisinin Avstriyada yoldaşlıq görüşü keçirə bilməməsinin səbəbi açıqlanıb

Bakı. 1 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Avstriyadakı təlim-məşq toplanışından yoldaşlıq görüşü keçirmədən qayıtmasının səbəbi açıqlanıb. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.

Onun sözlərinə görə, toplanış müddətində məqsəd reytinqcə daha güclü rəqiblə üz-üzə gəlməkdən ibarət olub. AFFA rəsmisi bildirib ki, yoldaşlıq görüşlərinin təşkili ilə məşğul olan şirkətlərlə danışıqlar aparılsa da, potensial rəqiblərin planlarında dəyişiklik baş verib: "Zəif rəqiblərlə isə oynamaq istəmədik. Nəticədə hazırlıq prosesi zamanı heç bir yoldaşlıq görüşü keçirilmədi".

Qeyd edək ki, Azərbaycan millisi Avstriyaya mayın 20-də yollanıb. Toplanış iyunun 2-də başa çatacaq. Hazırlıq prosesi Şimali İrlandiyaya qarşı iyunun 10-da Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq xarakteri daşıyır. 

Son xəbərlər

Orphus sistemi