Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib

Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib Bu barədə millinin baş məşqçisi Robert Prosineçki açıqlama verib
Futbol
25 Mart , 2017 20:00
Azərbaycan millisinin Almaniya ilə oyun üçün heyəti müəyyənləşib

Bakı. 25 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Almaniya yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə millinin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında açıqlama verib.

Xorvatiyalı mütəxəssis ilk dəqiqələrdən Kamran Ağayev - Məhəmməd Mirzəbəyov, Rəşad Sadıqov, Bədavi Hüseynov, Pavel Paşayev, Cavid Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Dmitri Nazarov və Ramil Şeydayev "11-liy"inə güvənəcəyini bildirib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi