Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyuna hazırlıq üçün heyəti açıqlanıb

Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyuna hazırlıq üçün heyəti açıqlanıb Robert Prosineçki Riçard Almeydaya da dəvət göndərib
Futbol
8 May , 2017 17:05
Azərbaycan milli komandasının Şimali İrlandiya ilə oyuna hazırlıq üçün heyəti açıqlanıb

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan milli komandasının Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq məqsədilə təlim-məşq toplanışına çağırılan futbolçuların adları açıqlanıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 futbolçuya dəvət göndərib. 

Onların arasında "Qarabağ"ın braziliyalı legioneri Riçard Almeyda da var. 

ADI, SOYADI KLUBU
Kamran Ağayev Boavişta (Portuqaliya)
Anar Nəzirov Zirə
Səlahət Ağayev İnter
Tərlan Quliyev İnter
Bədavi Hüseynov Qarabağ
Rəşad Sadıqov Qarabağ
Maksim Medvedev Qarabağ
Pavel Paşayev Stal (Ukrayna)
Maqomed Mirzabekov Qəbələ
Ürfan Abbasov Qəbələ
Ruslan Abışov Neftçi
Rahid Əmirquliyev Qarabağ
Qara Qarayev Qarabağ
Dmitri Nazarov Aue (Almaniya)
Eddi İsrafilov Kadis (İspaniya)
Emin Mahmudov Boavişta (Portuqaliya)
Elvin Məmmədov Zirə
Cavid Hüseynov Qəbələ
Araz Abdullayev Qəbələ
Əfran İsmayılov Qarabağ
Riçard Almeyda Qarabağ
Ağabala Ramazanov Qarabağ
Ruslan Qurbanov Qəbələ
Namik Ələskərov Neftçi
Ramil Şeydayev Jilina (Slovakya)
Renat Dadaşov Ayntraxt (Almaniya)

Qeyd edək ki, Azərbaycan millisi mayın 15-də Bakıda bir araya gələcək. Beşgünlük hazırlıqdan sonra yığma üzvləri mayın 20-də Avstriyaya yollanacaqlar. İki həftəlik təlim-məşq toplanışını iyunun 3-də başa vuracacaq milli komanda hazırlığın son mərhələsini Bakıda keçirəcək. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi