Yuxarı
    Bağlamaq

    Azərbaycan - Almaniya matçının biletləri satışa çıxarılıb

    Ən ucuz bilet 2 manatadır

    Bakı. 1 fevral. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət mərkəzində əldə etmək mümkündür. 

    Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.

    Biletlərin qiyməti:

    VIP – 50 AZN

    1-ci kateqoriya – 19 AZN

    2-ci kateqoriya – 14 AZN

    3-cü kateqoriya – 9 AZN

    4-cü kateqoriya – 5 AZN

    5-ci kateqoriya – 2 AZN

    Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlanacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi