Avropa çempionatında meydan sahibləri açılış oyununda yenə 16 ildən sonra qalib gələ bilib

Avropa çempionatında meydan sahibləri açılış oyununda yenə 16 ildən sonra qalib gələ bilib Bunların ikisində Fransa qələbə qazanıb
Futbol
11 İyun , 2016 09:58
Avropa çempionatında meydan sahibləri açılış oyununda yenə 16 ildən sonra qalib gələ bilib

Bakı. 11 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatı çərçivəsində qrup turnirinin keçirilməyə başladığı vaxtdan meydan sahibləri açılış matçlarında 9 dəfə iştirak ediblər. "Report"un məlumatına görə, bu qarşılaşmalardan yalnız 3-ü təşkilatçı ölkə üçün uğurlu alınıb.

Ev sahiblərinin hər qələbəsini 16 illik zaman kəsiyi ayırır. 1984 və 2016-cı illərdə Fransa, 2000-ci ildə Belçika qələbə ilə başlayıb.

Qeyd edək ki, açılış oyununda fərqlənənlər arasında sonradan "Neftçi"də çıxış etmiş və klubdan 1 milyon dollar təzminat udan Emil Mpenza da var. O, 2000-ci ildə Belçikaya qələbə qazandıran topu vurubsa, bu dəfə Dimitri Payet eynihesablı qələbədə meydan sahiblərinin ikinci qolunun müəllifi olub. Meydan sahiblərinin ilk dəfə qələbə qazandığı AVRO-1984-də isə yeganə qolu UEFA prezidenti postundan kənarlaşdırılmış Mişel Platini vurub.  

Avropa çempionatının açılış matçları:

İl Şəhər Matç Hesab Qollar
1980 Roma Çexoslovakiya – AFR 0:1 Rummenige, 57
1984 Paris Fransa – Danimarka 1:0 Platini, 78
1988 Düsseldorf AFR - İtaliya 1:1 Breme, 56 - Mançini, 52
1992 Stokholm İsveç - Fransa 1:1 Erikson, 24 - Papen, 59
1996 London İngiltərə - İsveçrə 1:1 Şirer, 23 - Türkyılmaz, 83
2000 Brüssel Belçika – İsveç 2:1 Qor, 43. Emil Mpenza, 46 - Mölbü, 53
2004 Portu Portuqaliya - Yunanıstan 1:2 Kriştianu Ronaldu, 90+3 - Karaqunis, 7. Basinas, 51
2008 Bazel İsveçrə – Çexiya 0:1 Sverkoş, 71
2012 Varşava Polşa – Yunanıstan 1:1 Levandovski, 17 - Salpingidis, 71
2016 Sen-Deni Fransa – Rumıniya 2:1 Jiru, 57. Payet, 89 – Stanku, 65

Qeyd edək ki, ilk dəfə final mərhələsində 8 komandanın iştirak etdiyi 1980-ci ildən etibarən qrup oyunları keçirilir.

Son xəbərlər

Orphus sistemi