​AVRO-2016: Ukrayna Şimali İrlandiyaya məğlub olub - VİDEO

​AVRO-2016: Ukrayna Şimali İrlandiyaya məğlub olub - VİDEO Görüş şimali irlandların 2:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
16 İyun , 2016 21:52
​AVRO-2016: Ukrayna Şimali İrlandiyaya məğlub olub - VİDEO

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının "C" qrupunda növbəti turun oyunu keçirilib.

"Report" xəbər verir ki, Fransanın Lion şəhərində Ukrayna millisi Şimali İrlandiya ilə qarşılaşıb.

Oyunda hesab 49-cu dəqiqədə açılıb. Şimali İrlandiyanın futbolçusu Qaret Makouli komandasını hesabda irəli çıxarıb. Matç stadiona dolu yağması səbəbindən 58-ci dəqiqədə dayandırılıb. Üç dəqiqə sonra davam etdirilən matçda ikinci qol da şimali irlandlardan gəlib. Görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Niall Makqinn hesabı 2:0-a çatdırıb.

Qrupun Almaniya və Polşa arasında keçiriləcək digər qarşılaşması Bakı vaxtı ilə axşam saat 23:00-da oynanılacaq.

Son xəbərlər

Orphus sistemi