Yuxarı
    Bağlamaq

    AVRO-2016: Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib - VİDEO

    Uels öz tarixində ilk dəfə Avropa çempionatının ½ finalında iştirak imkanı qazanıb

    Bakı. 2 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının ikinci ¼ final qarşılaşması keçirilib. "Report" xəbər verir ki, Lillin "Pyer Morua" stadionunda baş tutan görüşdə Uels və Belçika milliləri üz-üzə gəlib. 

    Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gəlib. Bununla da, Uels yığması öz tarixində ilk dəfə olaraq Avropa çempionatının ½ final mərhələsinə yüksəlib.  

    Qeyd edək ki, yarımfinalda Uels yığması Portuqaliya komandası ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Lionda baş tutacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi