Yuxarı
    Bağlamaq

    AVRO-2016: Turnirin ilk ¼ finalçısı məlum olub - VİDEO

    Polşa növbəti mərhələyə vəsiqə qazanıb

    Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Fransada Avropa çempionatının ilk 1/8 final matçı keçirilib.

    "Report" xəbər verir ki, İsveçrə və Polşa komandalarının qarşılaşmasında əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

    Matça əlavə olunan 30 dəqiqədə də qol vurulmadığı üçün, qalib penalti seriyalarından sonra müəyyənləşib. Burada isə Polşa komandası daha dəqiq oynayıb (5:4) və adını ¼ finala yazdırıb.

    Polşa 1/4 final mərhələsində Portuqaliya-Xorvatiya matçının qalibi ilə qarşılaşacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi