​AVRO-2016: Türkiyə İspaniyaya məğlub olub - VİDEO

​AVRO-2016: Türkiyə İspaniyaya məğlub olub - VİDEO Oyun 3:0 hesabı ilə başa çatıb
Futbol
18 İyun , 2016 00:51
​AVRO-2016: Türkiyə İspaniyaya məğlub olub - VİDEO

Bakı. 17 iyun. REPORT.AZ/ Fransada keçirilən Avropa çempionatının "D" qrupu çərçivəsində Türkiyə yığması İspaniya ilə qarşılaşır.

"Report" xəbər verir ki, matç Nitsa şəhər stadionunda keçirilir.

Milorad Majiçin idarə etdiyi oyunda hesabı ispanlar açıb. 34-cü dəqiqədə "Yuventus"un hücumçusu Alvaro Morata komandasını 1-0 hesabı ilə irəli çıxarıb. Türkiyə futbolçuları özlərinə gəlməmiş 37-ci dəqiqədə hesab 2:0-a çatıb. Bu dəfə Nolito fərqlənib.

İspanlar ikinci hissəyə də hücumlarla başlayıblar və bunun məntiqi nəticəsi hesabda öz əksini tapıb - 3:0. Alvaro Morata 48-ci dəqiqədə dubl edib.

Son xəbərlər

Orphus sistemi