​AVRO-2016: Türkiyə millisi həlledici oyuna çıxır

​AVRO-2016: Türkiyə millisi həlledici oyuna çıxır Fatih Terimin rəhbərlik etdiyi komanda Çexiya ilə qarşılaşacaq
Futbol
21 İyun , 2016 12:34
​AVRO-2016: Türkiyə millisi həlledici oyuna çıxır

Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatında III turun daha 4 oyunu keçiriləcək. "Report"un məlumatına görə, Türkiyə millisi D qrupunda son oyununu Çexiyaya qarşı keçirəcək.

Lans şəhərində "Boller Delelis" stadionunda keçiriləcək qarşılaşmanı şotlandiyalı referi Uilyam Kollum idarə edəcək. Bu görüşlə paralel olaraq, qrupun İspaniya - Xorvatiya matçı baş tutacaq. 2 turdan sonra İspaniya 6 xalla 1-ci, Xorvatiya 4 xalla 2-ci, Çexiya 1 xalla 3-cü olduğu halda, sonuncu pillədəki Türkiyənin xalı yoxdur. Bu səbəbdən, "ay-ulduzlular" qələbə qazanmaqla yanaşı, digər 5 qrupda 3-cü yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik 4 komandadan biri olmalıdır.

Türkiyə yarımfinaladək irəlilədiyi AVRO-2008-də məhz Çexiya üzərində son tur qələbəsi (3:2) sayəsində qrupdan çıxmağı bacarmışdı. Bu dəfə rəqib ikinci pilləyə yüksəlmək üçün qalib gəlməklə yanaşı, İspaniyanın Xorvatiya üzərində qələbəsi gözləməli olacaq. 

C qrupunda isə Ukrayna - Polşa və Şimali İrlandiya - Almaniya görüşləri keçiriləcək. Artıq Ukraynanın sonuncu olaraq, çempionatla vidalaşacağı dəqiqləşib. Polşa ilə görüş Mixail Fomenkonun komandası üçün təsəllidən başqa bir şey olmayacaq. 4 xala malik rəqibə isə ən azı 2-ci pillədə yer almaq üçün xal lazımdır. Əks halda, 3 xalı olan Şimali İrlandiya Almaniya ilə görüşdə bu vəzifənin öhdəsindən gələ bilər. 

Avropa çempionatı, III tur

C qrupu

20:00. Ukrayna - Polşa

Baş hakim: Sveyn Oddvar Moen

Yan xətt hakimləri: Kim Tomas Haqlund, Frank Andas

Əlavə köməkçi hakimlər: Ken Henri Yonsen, Sveyn Erik Edvartsen (hamısı Norveç)

Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)

Marsel, "Velodrom" stadionu

20:00. Şimali İrlandiya – Almaniya

Baş hakim: Kleman Turpen

Yan xətt hakimləri: Frederik Kano, Nikola Dano

Əlavə köməkçi hakimlər: Benoy Bastien, Fredi Fotrel (hamısı Fransa)

Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)

Paris, "Park de Prens"

Xal durumu: Almaniya - 4, Polşa - 4, Şimali İrlandiya - 3, Ukrayna - 0.

D qrupu

23:00. Çexiya – Türkiyə

Baş hakim: Uilyam kollum (Şotlandiya)

Yan xətt hakimləri: Damyen Makqreyt (İrlandiya), Frensis Konnor (Şotlandiya)

Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)

Lans, "Boller-Delelis"

23:00. Xorvatiya – İspaniya

Baş hakim: Byörn Kupers

Yan xətt hakimləri: Sander van Rokel, Ervin Zeynstra

Əlavə köməkçi hakimlər: Pol van Bokel, Riçard Lisveld (hamısı Hollandiya)

Dördüncü hakim: Viktor Kassai (Macarıstan)

Bordo, şəhər stadionu

Xal durumu: İspaniya - 6, Xorvatiya - 4, Çexiya - 1, Türkiyə - 0.

Son xəbərlər

Orphus sistemi