AVRO-2016: Portuqaliya 1/8 finalda Xorvatiyanı məğlub edib - VİDEO

AVRO-2016: Portuqaliya 1/8 finalda Xorvatiyanı məğlub edib - VİDEO Priney təmsilçiləri ¼ finala vəsiqə qazanıb
Futbol
26 İyun , 2016 01:32
AVRO-2016: Portuqaliya 1/8 finalda Xorvatiyanı məğlub edib - VİDEO

Bakı. 26 iyun. REPORT.AZ/ Fransada Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün üçüncü qarşılaşması baş tutub.

"Report" xəbər verir ki, günün son oyununda Portuqaliya Xorvatiya ilə qarşılaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb və komandalar əlavə artırma dəqiqələrinə gediblər. Bu hissədə 117-ci dəqiqədə Portuqaliya Rikardo Kuarejmanın qolu ilə hesabı açıb və bununla da Xorvatiyanı məğlubiyyətə uğradıb. Nəticədə ¼ finala vəsiqə qazanan komanda Portuqaliya olub.

Son xəbərlər

Orphus sistemi