​AVRO-2016-nın oyunu zamanı tribunada azarkeş ölüb

​AVRO-2016-nın oyunu zamanı tribunada azarkeş ölüb O, Şimali İrlandiya komandasına azarkeşlik edib
Futbol
16 İyun , 2016 23:10
​AVRO-2016-nın oyunu zamanı tribunada azarkeş ölüb

Bakı. 16 iyun. REPORT.AZ/ Cümə axşamı Avropa çempionatı çərçivəsində Lionda Ukrayna və Şimali İrlandiya komandaları arasında keçirilən oyuna baxan 64 yaşlı azarkeş ürək tutmasından keçinib.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

Agentlik ölən şəxsin milliyəti barədə məlumat əldə edə bilməyib. Eyni zamanda məlumdur ki, o, Şimali İrlandiya komandasına azarkeşlik edib. Ürək tutması tribunada 21:00-dan bir qədər gec baş verib. Hadisə yerinə gələn həkimlər onu həyata qaytara bilməyiblər.

Matç Şimali İrlandiyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi