Yuxarı
    Bağlamaq

    ​AVRO-2016: İsveç və İrlandiya meydandan sülhlə ayrılıb - VİDEO

    Komandalar hərəyə bir dəfə fərqlənə biliblər

    Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının "E" qrupu çərçivəsində ilk oyun baş tutub.

    "Report" xəbər verir ki, qrupun ilk matçında İsveç və İrlandiya yığmaları üz-üzə gəlib.

    Maraqlı keçən qarşılaşmada hesabı ilk açan irlandlar olub. Vesley Hoolahan 48-ci dəqiqədə komandasının və özünün turnirdə ilk qolunu vurub. Qoldan sonra İsveç İrlandiya qapısı önündə təzyiqi artırıb və 71-ci dəqiqədə istəyinə nail olub. Belə ki, hücum zamanı Zlatan İbrahimoviçin kənardan qapı önünə ötürməsini rəqib komandanın futbolçusu Ciaran Clark qola çevirib və avtoqola imza atmış olub. Matç 1:1 hesabı ilə başa çatıb.

    Bu qrupda növbəti qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:00-da İtaliya və Belçika yığmaları arasında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi