Bakı. 4 iyul. REPORT.AZ/ "Bu günədək Avropa çempionatı çərçivəsində 600 azarkeş saxlanılıb".
"Report"un məlumatına görə, bunu Fransanın daxili işlər naziri Bernar Kaznöv bildirib.
Onun sözlərinə görə, azarkeşlərdən 56-na müxtəlif cəzalar verilib, 34 nəfər ölkədən deportasiya olunub.
Qeyd edək ki, Fransada keçirilən futbol üzrə Avropa çempionatına iyulun 10-da yekun vurulacaq.