Yuxarı
    Bağlamaq

    ​AVRO-2016: Çexiya son dəqiqələrdə məğlubiyyətdən xilas olub - VİDEO

    Xorvatiya ilə oyun 2:2 hesabı başa çatıb

    Bakı. 17 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatı çərçivəsində "D" qrupunda növbəti turun oyunu keçirilib.

    "Report" xəbər verir ki, bu turda Xorvatiya Çexiya ilə qarşılaşıb.

    Xorvatların üstünlüyü şəraitində keçən oyunda hesab 37-ci dəqiqədə açılıb. İvan Perisic komandasının üstünlüyünü hesaba yansıdıb. Matçın 59-cu dəqiqəsində Xorvatiya hesabı 2:0-a çatdırıb. Bu dəfə İvan Rakitiç fərqlənib. Lakin Çexiya millisi bu hesabla barışmayıb. Oyunun 76-cı dəqiqəsində Milan Skoda hesab arasındakı fərqi azaldıb – 1:2. Matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə isə çexlər Tomas Necidin penaldan vurduğu qol ilə oyunda bərabərlik yaradıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi