​AVRO-2016: Almaniya-İtaliya oyununun təyinatları açıqlanıb

​AVRO-2016: Almaniya-İtaliya oyununun təyinatları açıqlanıb Macarıstanlı hakimlər briqadası iş başında olacaq
Futbol
30 İyun , 2016 13:34
​AVRO-2016: Almaniya-İtaliya oyununun təyinatları açıqlanıb

Bakı. 30 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında Almaniya və İtaliya yığmaları arasında keçiriləcək 1/4 final matçının hakimləri açıqlanıb. 

"Report"un məlumatına görə, iyulun 2-də Bordo şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşmanı macarıstanlı referi Viktor Kaşşai idarə edəcək.

Ona həmyerlilərindən Qyorqi Rinq və Ventsel Tot yan xətt, Tamaş Boqnarla Adam Farkaş əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. Polşalı Şimon Marçinyak dördüncü hakim, Pavel Sokolniçki ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Şotlandiyalı Hyu Dallas hakim-inspektor, hollandiyalı Martin Sturkenboom isə UEFA nümayəndəsidir. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Viktor Kaşşai AVRO-2016-da bunadək Fransa-Rumıniya (2:1) və İtaliya-İsveç (3:0) görüşlərinin də baş hakimi olub. O, 7 sarı vərəqə göstərib və Fransanın qapısına penalti təyin edib.

Son xəbərlər

Orphus sistemi