Yuxarı
    Bağlamaq

    ​AVRO-2016: 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib

    ¼ finalda Polşa, Portuqaliya, Uels, Belçika, İtaliya, Almaniya, İslandiya və Fransa mübarizə aparacaq

    Bakı. 28 iyun. REPORT.AZ/ Fransada keçirilən futbol üzrə 2016-cı il Avropa çempionatının ¼ final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

    "Report" xəbər verir ki, ¼ finala son vəsiqəni İngiltərəni 1/8 finalda 2:1 hesabı ilə məğlub edən İslandiya millisi qazanıb.

    Beləliklə, turnirin ¼ final mərhələsində qarşılaşacaq komandalar:

    Polşa – Portuqaliya (30 iyun, Marsel)

    Uels – Belçika (1 iyul, Lill)

    İtaliya – Almaniya (2 iyul, Bordo)

    İslandiya və Fransa (3 iyul, Sen-Deni).

    Avropa çempionatı iyulun 10-da başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi