Argentina Peru ilə heç-heçə edərək DÇ-2018-ə çıxmaq şansını riskə atıb - VİDEO

Argentina Peru ilə heç-heçə edərək DÇ-2018-ə çıxmaq şansını riskə atıb - VİDEO Messinin komandası turnir cədvəlinin 6-cı pilləsinə enib
Futbol
6 Oktyabr , 2017 06:41
Argentina Peru ilə heç-heçə edərək DÇ-2018-ə çıxmaq şansını riskə atıb - VİDEO

Bakı. 6 oktyabr. REPORT.AZ/ Futbol üzrə Dünya çempionatı – 2018-in təsnifat mərhələsi çərçivəsində sonuncudan əvvəlki, 17-ci turun matçında Argentina millisi öz meydanında Peru ilə qolsuz heç-heçə edib - 0:0.

"Report" xəbər verir ki, xal itkisi nəticəsində Xorxe Sampaolinin yetirmələri Cənubi Amerika seçmə qrupunun turnir cədvəlində DÇ-2018-in final mərhələsinə çıxmaq hüququ verməyən 6-cı pilləsinə enib.

Argentina ilə eyni xala malik Peru yığması (25 xal) əlavə göstəricilərə görə Messinin komandasını qabaqlayır və "play-off"a düşmə imkanı verən 5-ci yerdə qərarlaşıb.

Turun digər qarşılaşmalarında Boliviya və Braziliya, həmçinin Venesuela və Uruqvay qolsuz heç-heçə ilə kifayətləniblər, Çili komandası öz meydanında Ekvadoru 2:1, Paraqvay isə səfərdə Kolumbiya üzərində 1:0 hesablı qələbə qazanıb.

Cənubi Amerika üzrə DÇ-2018-in final mərhələsinə ilk dörd yerin sahibi birbaşa vəsiqə qazanacaq. Beşinci yeri tutan komanda isə Okeaniya təmsilçisi ilə "play-off" matçına çıxacaq.

Son xəbərlər

Orphus sistemi