Argentina millisinin futbolçusu dünya çempionatında iştirak etməyəcək

Argentina millisinin futbolçusu dünya çempionatında iştirak etməyəcək Bakı. 8 iyun. REPORT.AZ/ İngiltərənin Vest Hem klubunun və Argentina milli komandasının futbolçusu Manuel Lansini Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək.
Futbol
8 İyun , 2018 15:18
Argentina millisinin futbolçusu dünya çempionatında iştirak etməyəcək
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ İngiltərənin "Vest Hem" klubunun və Argentina milli komandasının futbolçusu Manuel Lansini Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək. 

"Report"un Argentina Futbol Federasiyasının rəsmi "Twitter" səhifəsinə istinadən verdiyi məlumata görə, 25 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mundialdan kənarda qalacaq. 

Futbolçu məşq vaxtı sağ ayağından xəsarət alıb. Tibbi müayinə nəticəsində ona ön diz bağlarının yaralanması diaqnozu qoyulub. Manuel Lansini, böyük ehtimalla, 2018-2019 mövsümünün əvvəlini də buraxmalı olacaq. 

Qeyd edək ki, Manuel Lansinini hansı futbolçunun əvəzləyəcəyi hələlik məlum deyil. 

Son xəbərlər

Orphus sistemi