Almaniya millisinin Şimali İrlandiya və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqanıb - SİYAHI

Almaniya millisinin Şimali İrlandiya və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqanıb - SİYAHI 23 futbolçuya dəvət göndərilib
Futbol
29 Sentyabr , 2017 14:17
Almaniya millisinin Şimali İrlandiya və Azərbaycan yığmaları ilə oyunlar üçün heyəti açıqanıb - SİYAHI

Bakı. 29 sentyabr. REPORT.AZ/ Almaniya milli komandasının Şimali İrlandiya və Azərbaycan yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yoahim Löv qarşıdakı oyunlara 23 futbolçu çağırıb. 

Onlardan 18-i Rusiyada keçirilmiş 2017-ci il Konfederasiyalar Kubokunun qalib heyətində iştirak edib. Uzun fasilədən sonra Jerom Boatenq və Leroy Sane də sıraya qayıdıb. Əvəzində Manuel Noyer, Yonas Hektor və Mario Qomes zədə üzündən oynamayacaq. Löv sağ diz nahiyəsindəki ağrılardan şikayətlənən Məsut Özil və sağ ayaq baldırı əzələsini dartan Sami Xediranın da xidmətlərindən yararlana bilməyəcək. 

Baş məşqçi oyunlara itkilərlə çıxacaqlarına təəssüfləndiyini bildirib. O, Özil və Xediranın dünya çempionatına hazır olacaqlarına inam ifadə edib.

Almaniya millisinin heyəti:

Qapıçılar: Kevin Trapp (PSJ, Fransa), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”, Barselona)

Müdafiəçilər: Mats Hummels, Joşua Kimmix, Jerom Boatenq, Niklas Züle (hamısı "Bavariya"), Mattias Qinter ("Borussiya", Münhenqladbax), Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Marvin Plattenhart ("Herta"), Antonio Rüdiqer ("Çelsi", İngiltərə) 

Yarımmüdafiəçilər: Yulian Brandt ("Bayer"), Emre Can ("Liverpul", İngiltərə), Yulian Draksler (PSJ, Fransa), Leon Qoretska ("Şalke"), Toni Kroos (“Real”, İspaniya), Tomas Müller, Sebastyan Rudi (hər ikisi “Bavariya”), Leroy Sane ("Mançester Siti", İngiltərə), Lars Ştindl ("Borussiya", Münhenqladbax)

Hücumçular: Sandro Vaqner ("Hoffenhaym"), Amin Yunes ("Ayaks", Hollandiya), Timo Verner ("Leyptsiq")

Qeyd edək ki, Şimali İrlandiya ilə oyun oktyabrın 5-də Belfastdakı "Windsor Park"da, Azərbaycanla qarşılaşma isə oktyabrın 8-də Kayzerslauterndə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi