Almaniya Azərbaycan yığması ilə keçirəcəyi matça daha bir itki ilə çıxacaq

Almaniya Azərbaycan yığması ilə keçirəcəyi matça daha bir itki ilə çıxacaq Türkiyə əsilli oyunçunun da meydana çıxması böyük sual altındadır
Futbol
24 Mart , 2017 17:12
Almaniya Azərbaycan yığması ilə keçirəcəyi matça daha bir itki ilə çıxacaq

Bakı. 24 mart. REPORT.AZ/ Almaniya milli komandası Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına daha bir futbolçu itkisi ilə çıxacaq.

"Report"un Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Yulian Vayql Bundestimin düşərgəsini zədə üzündən tərk edib. Onun İngiltərə ilə yoldaşlıq görüşünün 66-cı dəqiqəsində sol baldırından aldığı zədənin ciddi olduğu müəyyənləşib. Bu qarşılaşmada hücumçu Timo Verner də xəsarət aldığı üçün heyətdən çıxarılıb.

Yoldaşlıq görüşündə iştirak etməyən Mesut Özil isə Bakıya səfər öncəsi son məşqi də buraxmalı olub. Yığmanın baş məşqçisi Yoahim Löv kürəyindəki ağrılardan şikayətlənən yarımmüdafiəçini Bakıya gətirməyə qərar verib. Amma Türkiyə əsilli oyunçunun meydana çıxması böyük sual altındadır.

Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi