Almaniya - Azərbaycan oyununun biletlərinin qiymətində endirim edilib

Almaniya - Azərbaycan oyununun biletlərinin qiymətində endirim edilib 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər biletləri 50 faiz ucuz ala bilərlər
Futbol
19 Sentyabr , 2017 11:50
Almaniya - Azərbaycan oyununun biletlərinin qiymətində endirim edilib
AFP/Getty Images

Bakı. 19 sentyabr. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandasının Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün biletlərin qiymətində endirim edilib.

“Report” Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 4 kateqoriyaya bölünən biletlərdən 25 avroya olanların qiyməti 18 avroya düşüb. 80 avroluq biletləri isə 60 avroya əldə etmək mümkündür. Həmçinin, Azərbaycanla görüşə 6 yaşadək uşaqlar üçün biletlər 10 avroya satılacaq. 6 yaşdan yuxarı uşaqlar, təqaüdçülər və əlillər isə biletləri 50 faiz ucuz ala bilərlər.

Qeyd edək ki, oktyabrın 8-də Kayzerslautern şəhərində “Fritz-Walter” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi