AFFA Azərbaycan - Almaniya matçından gəlirini açıqlayıb

AFFA Azərbaycan - Almaniya matçından gəlirini açıqlayıb Bura bilet və SkyBox satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir
Futbol
11 Aprel , 2017 16:58
AFFA Azərbaycan - Almaniya matçından gəlirini açıqlayıb
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ AFFA Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından əldə etdiyi gəliri açıqlayıb.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məbləğ 204 min 691 manat təşkil edib. Bura bilet və SkyBox satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Almaniya yığmasının qələbəsi ilə yekunlaşıb - 4:1. 

Son xəbərlər

Orphus sistemi