2018-ci il dünya çempionatının püşkü atılıb - YENİLƏNİB-4

2018-ci il dünya çempionatının püşkü atılıb - YENİLƏNİB-4 Püşk nəticəsində bütün qrupların tərkibi müəyyənləşib
Futbol
1 Dekabr , 2017 19:56
2018-ci il dünya çempionatının püşkü atılıb - YENİLƏNİB-4

Bakı. 1 dekabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının püşkatmasına başlanılıb.

"Report"un məlumatına görə, püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib: 

A qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir, Uruqvay 

B qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran

C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka

D qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya 

E qrupu: Braziliya, İsveçrə, Kosta Rika, Serbiya

F qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya

G qrupu: Belçika, Panama, Tunis, İngiltərə 

H qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya

Qeyd edək ki, oyunlar gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Açılış oyununda Rusiya və Səudiyyə Ərəbistanı yığmaları üz-üzə gələcək. İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 


Futbol üzrə 2018-ci il dünya çempionatının püşkatma mərasimi başlayıb.

"Report"un məlumatına görə, tədbir Rusiyanın paytaxtı Moskvada Dövlət Kreml Sarayında keçirilir. 

Aparıcılar ingiltərəli veteran futbolçu və ekspert Hari Linekerlə rusiyalı telejurnalist Mariya Komandnayadır. Tədbirə qatılan Rusiya Federasiyasının prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış edərək çempionatın yüksək səviyyədə təşkil olunacağına inam ifadə ediblər. 

Qeyd edək ki, 4 səbətə bölünmüş 32 komanda püşk nəticəsində 8 qrupa bölünəcək. 

A səbəti: Rusiya, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa;

B səbəti: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Xorvatiya, Meksika, Uruqvay;

C səbəti: Danimarka, İsveç, İslandiya, Kosta-Rika, Tunis, Misir, Seneqal, İran;

D səbəti: Serbiya, Nigeriya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Avstraliya.

Qeyd edək ki, DÇ-2018 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi