Yuxarı
    Bağlamaq

    2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komandanın adı məlum olub - VİDEO

    5 qat dünya çempionu olan Braziliya yığması 21-ci dəfə mundialda iştirak edəcək

    Bakı. 29 mart. REPORT.AZ/ Braziliya milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.

    "Report"un məlumatına görə, bu, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XIV turunun oyunlarından sonra müəyyənləşib. Uruqvay milli komandası səfərdə Peru yığmasına 1:2 hesabı ilə uduzmaqla Adenor Leonardo Bakşinin (Tite) baş məşqçi olduğu kollektivin mundiala birbaşa vəsiqə verən ilk "4-lük"də yerini təmin etməsinə şərait yaradıb.

    Bu matçdan öncə Paraqvayı 3:0 hesabı ilə məğlub edən "sambaçılar" "pley-off" mərhələsinə vəsiqə verən 5-ci yeri özləri üçün dəqiqləşdirmişdilər.

    Qeyd edək ki, 2018-ci il dünya çempionatının final mərhələsi 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək. Bu yarış 5 qat dünya çempionu olan Braziliya yığmasının iştirak edəcəyi 21-ci mundial olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi