Zülfüqar Mikayılov: "Əfv sərəncamının bayramqabağı imzalanması çox sevindiricidir"

Zülfüqar Mikayılov: "Əfv sərəncamının bayramqabağı imzalanması çox sevindiricidir" Həyat başdan ayağa dərsdən ibarətdir. Biz nəinki buradan, hər yerdən öz dərsimizi, nəticəmizi çıxarırıq.
Daxili siyasət
17 Mart , 2019 16:11
Zülfüqar Mikayılov: Əfv sərəncamının bayramqabağı imzalanması çox sevindiricidir

"Həyat başdan ayağa dərsdən ibarətdir. Biz nəinki buradan, hər yerdən öz dərsimizi, nəticəmizi çıxarırıq".

Bu fikirləri "Report"a açıqlamasında Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsindən bu gün azadlığa buraxılan Zülfüqar Mikayılov deyib.

Onun sözlərinə görə, əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması çox sevindiricidir: "Bu, bizim üçün ikiqat bayram oldu. Təşəkkür edirəm. Çünki hər kəs bu bayramı evində keçirmək istəyir. Məhbus üçün isə bayram, sadəcə, sözdən ibarətdir. Hər kəsin bayramını təbrik edirəm".

Son xəbərlər

Orphus sistemi