Ziyafət Əsgərov Lənkəran və Astara sakinlərinə çağırış edib

Ziyafət Əsgərov Lənkəran və Astara sakinlərinə çağırış edib "Manatın devalvasiyası nəticəsində yaranmış çətinliklərdən bəzi radikal qüvvələr çirkin niyyətləri naminə istifadə etməyə cəhdlər göstəriblər"
Daxili siyasət
28 Yanvar , 2016 17:24
Ziyafət Əsgərov Lənkəran və Astara sakinlərinə çağırış edib

"Manatın devalvasiyası nəticəsində yaranmış çətinliklərdən bəzi radikal qüvvələr çirkin niyyətləri naminə istifadə etməyə cəhdlər göstəriblər"

Bakı. 28 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın üçüncü il ildönümünə həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirə keçirilib. "Report"un xəbərinə görə, toplantıda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələrinin iqtisadi çətinliklərlə, böhranla üz-üzə qaldığı bir dövrdə Azərbaycanda iqtisadiyyatın dinamik şəkildə inkişafının davam etməsi, sosial-iqtisadi və digər sahələrdə qazanılan uğurlar bütün ölkə vətəndaşları kimi, lənkəranlıları da hədsiz sevindirir: "Bu gün dünyada davam edən iqtisadi böhran Azərbaycandan da yan ötməyib. Manatın devalvasiyası nəticəsində yaranmış çətinliklərdən bəzi radikal qüvvələr öz çirkin niyyətləri naminə istifadə etməyə cəhdlər göstəriblər. Lakin onların bu cəhdləri əbəsdir. Azərbaycan Prezidentinin müdrik siyasəti, həyata keçirdiyi antiböhran tədbirləri və müəyyən etdiyi hədəflər öz bəhrəsini verməkdədir".

İcra başçısı əlavə edib ki, süni surətdə qiymətlərin qaldırılmasına dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışanların əməkhaqlarının artırılması ölkə başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır: "İqtisadi çətinliklərə baxmayaraq, ölkəmizdə 2016-cı ildə də bütün sosial layihələr icra olunacaq, iqtisadi islahatlar davam etdiriləcək. Lənkəranda antiböhran tədbirləri əhali arasında geniş təbliğ olunur. Rayonda əhalinin məşğulluğunu təmin etmək məqsədilə 500 hektar sahədə subtropik bitkilərin əkilməsi, çayçılığın inkişaf etdirilməsi və yaşıl marketlərin yaradılması barədə təkliflər müsbət qarşılanıb və bu istiqamətdə işlər davam etdiriləcək".

Müşavirədə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 2008-ci ildən dünyada başlanan iqtisadi böhran 2015-ci ilədək Azərbaycana təsir etməyib: "Dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, manatın devalvasiyası ölkəmizdə də bir sıra problemlər yaradıb".

Əhalinin sosial təminatını maksimum müdafiə etmək məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə təkliflər paketinin təqdim olunduğunu vurğulayan Z.Əsgərov dövlət başçısının imzaladığı sərəncamlara əsasən, pensiya və müavinətlərin, büdcədən maliyyəşən bir sıra idarə, müəssisə və təşkilatlarda çalışanların əməkhaqlarının artırılmasının insan amilinin dövlətin siyasətinin əsas prioritetlərdən biri olduğuna daha bir nümunə kimi diqqətə çatdırıb.

Qeyd olunub ki, “Şimal-Cənub” beynəxalq yol dəhlizində, TANAP və TAP layihələrinin icrası istqamətində işlərin davam etdirilməsi yeni iş yerlərinin açılması ilə bərabər, büdcənin neftdən asılılığını azaldacaq.

Prezident İlham Əliyevin Lənkəran-Astara zonasına xüsusi diqqət və qayğı göstərdiyini bildirən Z.Əsgərov bu bölgədə yaşayan insanların dövlətə və dövlətçiliyə həmişə sədaqətli olduqlarını qeyd edərək, hamını ölkə başçısı ətrafında daha sıx birləşməyə çağırıb.

Müşavirəni yekunlaşdıran Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Prezidentinin tapşırıqlarına müvafiq olaraq regionlarda sənaye zonalarının yaradılması, özəlləşdirmə prosesinin davam etdirildiyini vurğulayaraq rayonda yeni iş yerlərinin açılması istiqamətində kənd yerlərində xalçaçılığın inkişaf etdirilməsinin, xaricdə yaşayan lənkəranlı sahibkarların rayonda iş görmək üçün investisiya qoymağa cəlb edilməsinin, əkinə yararlı torpaqlardan səmərəli istifadə olunmasının vacibliyini diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi