Yuxarı
    Bağlamaq

    Ziyafət Əsgərov: “Ermənilər vəziyyəti yalnız bir cəbhədə gərginləşdirmirlər”

    “Bunlar elə bir tayfadırlar ki...”

    Bakı. 1 iyun. REPORT.AZ/ “Ermənilər vəziyyəti yalnız bir cəbhədə gərginləşdirmirlər. Onlar müxtəlif cəbhələrdə vəziyyəti gərginləşdirirlər və cavablarını alırlar. Bundan sonra da cavablarını alacaqlar”.

    "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

    Vitse-spiker Gürcüstanın paytaxtı Tiflisdə keçirilən NATO-nun Parlament Assambleyasının iclasından da danışıb: "Ermənilər çox böhtan xarakterli çıxışlar etdi, bizim nümayəndə heyəti onların cavabını çox gözəl verdi. Sübut etdik ki, Ermənistan həqiqətən işğalçı dövlətdir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edib. 1 milyondan çox qaçqın və köçkün var ki, onların da 300 min nəfəri uşaqlardır. Biz həmişə beynəlxalq tədbirlərdə də bu məsələni qaldırırıq və ermənilərin iç üzləri açılıb göstərilir. Çünki bunlar elə bir tayfadırlar ki, heç nədən elə şey uydururlar ki, adam məəttəl qalır. Amma bizim əsaslandığımız beynəlxalq, tarixi sənədlər var. Biz bu sənədlərlə də avropalı həmkarlarımıza məlumatlar çatdırdıq və bildirdik ki, hazırkı vəziyyət necədir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi