Ziyafət Əsgərov: “Dövlətlərarası ixtilafların nizama salınmasının yollarından biri də mədəniyyətlərarası dialoqdur”

Ziyafət Əsgərov: “Dövlətlərarası ixtilafların nizama salınmasının yollarından biri də mədəniyyətlərarası dialoqdur” “Şərqlə Qərb dünyasının mərkəzində yerləşən Azərbaycan torpaqlarının 20 faizi torpağı Ermənistan tərəfindən işğal edilib”
Daxili siyasət
5 May , 2017 15:20
Ziyafət Əsgərov: “Dövlətlərarası ixtilafların nizama salınmasının yollarından biri də mədəniyyətlərarası dialoqdur”
Parlamentin sədr müavini Ziyafət Əsgərov / Report

Bakı. 5 may. REPORT.AZ/ “Müasir dünya problemlərlə üz-üzə qalıb. Dövlətlərarası ixtilafların nizama salınmasının yollarından biri də mədəniyyətlərarası dialoqdur”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.

O bildirib ki, parlament diplomtiyası ənənəvi diplomatiyanı tamamlayır: “Azərbaycan parlamentində 80-dən çox işçi qrupu fəaliyyət göstərir. Milli Məclis mədəbiyyətlərarası dialoqun inkişafı üçün bütün işləri görür. Mədəni əlaqələrin qorunub saxlanılması hər bir kəsin vəzifəsi olmalıdır. Şərqlə Qərb dünyasının mərkəzində yerləşən Azərbaycan torpaqlarının 20 faizi torpağı Ermənistan tərəfindən işğal edilib. Baş verənlərin müsəlman-xristian münaqişəsi kimi qələmə verənlərin iddiaları boşa çıxacaq. Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasına təminat verir. Azərbaycan bütövlükdə mədəni əlaqələrin inkişafına dəstək verir, bundan sonra da belə olacaq”.

Son xəbərlər

Orphus sistemi