Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan
Daxili siyasət
28 dekabr 2023 05:20
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Son xəbərlər

Orphus sistemi