Zeynal Nağdəliyev: “Prezidentin tapşırığı odur ki, seçkilər şəffaf keçirilsin”

Zeynal Nağdəliyev: “Prezidentin tapşırığı odur ki, seçkilər şəffaf keçirilsin” “Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır”.
Daxili siyasət
11 Oktyabr , 2019 11:43
Zeynal Nağdəliyev: “Prezidentin tapşırığı odur ki, seçkilər şəffaf keçirilsin”
Prezident Administrasiyası / Google.az

“Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev dünyada hər kəsi başa salır ki, ölkədə seçki şəffaf keçirilir, buna kimsə kölgə sala bilməz: “Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır”.

Son xəbərlər

Orphus sistemi