Yuxarı
    Bağlamaq

    ​Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri müəyyənləşib"

    Hər bir ailə müəyyən qazancla təmin olunmalıdır

    Bakı. 4 fevral. REPORT.AZ/ "Fəaliyyətini dayandırmış qurumlardan azad olunan işçilər var. Onlar işlə təmin olunmalıdır".

    "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib.

    Şöbə müdiri xatırladıb ki, bu işi Prezident İlham Əliyev icra orqanları qarşısında vəzifə olaraq qoyub.

    Z.Nağdəliyevin sözlərinə görə, Azərbaycanda 30 minə yaxın iş yeri müəyyənləşib: "Bu məsələ həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən tənzimlənəcək. Təbii ki, məvaciblər də qaydaya uyğun olacaq. Hər bir ailə müəyyən qazancla təmin olunmalıdır".

    Prezident Administrasiyası rəhbərinin müavini qeyd edib ki, yerlərdə insanları narahat edən məsələlər olduqda onlar icra orqanlarına müraciət etməlidirlər: "Bu, təbii haldır. Məmurlar xidmətçidirlər. Onların imtiyazı xalqa xidmət etməkdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi