Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyinə həsr edilən tədbir keçirib.
"Report" xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda akademikin abidəsi ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb.
Tədbirdə Z.Əliyevanın həyat və fəaliyyəti ilə bağlı video-çarx nümayiş etdirilib.
Çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib ki, Z.Əliyeva ömrü boyu gözlərə nur verib, şərəfli həyat yolu keçib.
Onun sözlərinə görə, Z.Əliyeva fəaliyyəti ilə Azərbaycanı tanıdıb: "Zərifə Əliyevanın həyatından örnək götürülməlidir. O, üzərinə düşən işi məsuliyyətlə yerinə yetirib, təvazökar insan olub. Hər bir millətin ucalığını anaların sanbalı ilə ölçmək lazımdır. Zərifə xanım çətin həyat yaşayıb. Tanınmış ailənin övladı kimi həm Bakıda, həm də Moskvada yaşayan zaman milli-mənəvi dəyərləri uca tutub. O, bizim hər birimizə örnəkdir. Azərbaycanın birinci xanımı
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi
O qeyd edib ki, Z.Əliyevanın həyat və fəaliyyəti nümunədir: "Onun əsas fəaliyyəti insanlara kömək etmək idi. Zərifə Əliyeva uşaqlıqdan mehribanlılıq, istiqanlılıq, incəlik görüb. O, həmişə xalqı düşünüb".
Digər iştirakçılar da Z.Əliyeva ilə bağlı fikirlərini bildiriblər.