Yuxarı

Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsinin yeni rüsumları sabah qüvvəyə minir

DİN: Şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat məbləğində rüsum ödənilir

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda şəxsiyyət vəsiqələrinin verilməsinin yeni rüsumları dekabrın 1-də qüvvəyə minir. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Dövlət rüsumu haqqında" qanuna edilən yeni dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə dövlət büdcəsinə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 35 manat məbləğində rüsum ödənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi