Milli Hidrometeorologiya Xidmətinin binasında Azərbaycan bayrağı proyeksiya olunur

Milli Hidrometeorologiya Xidmətinin binasında Azərbaycan bayrağı proyeksiya olunur Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azə
Daxili siyasət
100
8 Noyabr , 2021 19:11
Milli Hidrometeorologiya Xidmətinin binasında Azərbaycan bayrağı proyeksiya olunur

Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova “Report”a bildirib ki, Nazirlik Zəfər Gününün qürurunu möhtəşəm bayraq kompozisiyası ilə nümayiş etdirərək ölkəmizdəki bayram əhval-ruhiyyəsinə öz töhfəsini verir: "9 noyabr Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq. Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq".

Son xəbərlər

Orphus sistemi