Zaqatalada səsverməni yerli və xarici müşahidəçilər izləyir - FOTO

Zaqatalada səsverməni yerli və xarici müşahidəçilər izləyir - FOTO DSK üzrə 401 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edir
Daxili siyasət
26 Sentyabr , 2016 13:06
Zaqatalada səsverməni yerli və xarici müşahidəçilər izləyir - FOTO

Zaqatala. 26 sentyabr. REPORT.AZ/ Zaqatala rayonunda Referendum üzrə səsvermə 110 saylı Zaqatala şəhər Dairə Seçki Komissiyası (DSK) üzrə 47 məntəqədə təşkil olunub.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, 110 saylı Zaqatala DSK üzrə 47 seçki məntəqəsində saat 12:00-a qədər seçicilərin 34.4 faizi səsvermə hüququndan istifadə edib. Məntəqələr üzrə 46 406 seçici qeydiyyata alınıb. 5 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. 110 saylı DSK-da  401 nəfər ilk dəfə səs verir. 
Referendum üzrə səsverməni bütün məntəqələrdə yerli və xarici müşahidəçilər izləyir.

Son xəbərlər

Orphus sistemi