Zakir Qaralovun Sabirabadda vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Zakir Qaralovun Sabirabadda vətəndaşları qəbulunun vaxtı dəyişdirilib Görüşdə Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Daxili siyasət
17 Oktyabr , 2017 13:00
Zakir Qaralovun Sabirabadda vətəndaşları qəbulunun vaxtı dəyişdirilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Baş prokuror Zakir Qaralovun Sabirabad rayonunda vətəndaşları qəbulunun vaxtı dəyişdirilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, oktyabr ayının 20-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında olması nəzərdə tutulan qəbul oktyabrın 27-i saat 10:00-a keçirilib.

Görüşdə Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı və Salyan rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər. 

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Sabirabad şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər. 

Son xəbərlər

Orphus sistemi