Yuxarı
    Bağlamaq

    Zakir Qaralov vətəndaşları qəbul edəcək

    Qəbul Hacıqabul rayon prokurorluğunun inzibati binasında keçiriləcək

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın baş prokuroru Zakir Qaralov noyabrın 13-də saat 11:00-da Hacıqabul rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a Prokurorluqdan məlumat verilib. 

    Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, qəbula Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də yazıla bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi