Zakir Qaralov: "Müxalifət xarici havadarlarından pul alıb qanunsuz yolla Azərbaycana gətirmək istəyir"

Zakir Qaralov: "Müxalifət xarici havadarlarından pul alıb qanunsuz yolla Azərbaycana gətirmək istəyir" Baş prokuror: "Biz də bunun qarşısını alırıq"
Daxili siyasət
30 Sentyabr , 2017 10:20
Zakir Qaralov: Müxalifət xarici havadarlarından pul alıb qanunsuz yolla Azərbaycana gətirmək istəyir
Baş prokuror Zakir Qaralov / Report

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Qarşıda məhkəmə prosesləri var. Ona görə bunu şərh etmək istəməzdim".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

"Biz dəfələrlə bəyan etmişik ki, özlərini müxalifət adlandıran Qeyri-Hökumət Təşkilatları, müxtəlif qəzetlər Azərbaycan qanunlarına hörmət etməlidirlər. Öz fəaliyyətlərində istər vergi, istərsə də gömrük qanunvericiliyinin tələblərini pozmalı deyillər. Müxalifət, Qeyri-Hökumət Təşkilatları öz xarici havadarlarından ölkə daxilində pul ala bilmədiklərindən həmin pulu digər ölkələrdə əldə edərək Azərbaycana gətirmək istəyirlər. Biz də bunun qarşısını alırıq".

Son xəbərlər

Orphus sistemi